Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova ünvanlanmış ittihamlara cavab verilib.
Qeyd edək ki, Nazim İbrahimovun prezidenti olduğu Qılıncoynatma Federasiyasına pul ayırmadığı, federasiya işçilərinə 17 aydır maaş vermədiyi bildirlib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən açıqlamada Nazim İbrahimovun rəhbəri olduğu Qılıncoynatma Federasiyasındakı problemlərlə bağlı araşdırmalar aparıldığı deyilib:
“Məsələ ciddi şəkildə araşdırılır. Federasiyanın rəhbərliyi tərəfindən lazımı tədbirlər görüləcək”.
Komitədən bildirilib ki, federasiya əməkdaşlarının maaşlarının verilməsi istiqamətində addımlar atılacaq:
“Səsləndirilən problemlərin həllini tapması və federasiya əməkdaşlarının maaşlarının verilməsi üçün tədbir görüləcək”
Xatırladaq ki, ittihamları Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov Meydan TV-yə açıqlamasında səsləndirib. O, Nazim İbrahimovun uzun müddətdir Qılıncoynatma Federasiyası ilə maraqlanmadığını qeyd edib.
Ağa AKİFOĞLU