Ermənistan prezidentinin parlamentdəki nümayəndəsi və prezident aparatının rəhbəri Viktor Dallakyan istefa verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Dallakyan yeni partiya ilə siyasi mübarizəyə qoşulacağını deyib.
“Mən Respublika partiyasından istefa verdiyimi elan edirəm və aktiv siyasətə qayıdıram”.
Viktor Dallakyan 2017-ci il parlament seçkilərində iştirak edəcəyini də deyib. Onun yaratdığı “Şrdzadardz” partiyasına keçmiş müdafiə naziri Seyran Ohanyan başçılıq edə bilər.
Vüqar İSMAYILOV