Modern.az

Moskva Türkiyəyə qarşı meyvə qadağasını LƏĞV ETDİ

Moskva Türkiyəyə qarşı meyvə qadağasını LƏĞV ETDİ

Aktual

11 Oktyabr 2016, 14:13

Rusiya hökuməti növbəti iclasında Türkiyəyə qarşı ötən il qəbul edilmiş bəzi sanksiyaların ləğv olunması barədə qərar verib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Türkiyədən mandarin, portağal və digər sitrus meyvələri, eyni zamanda ərik və vişnə kimi çəyirdəkli meyvələrin ölkəyə idxal olunmasına razılıq verilib.

 

Meyvə idxalına qoyulan qadağalar 2015-ci ilin noyabrında Rusiyaya məxsus təyyarənin Suriya ilə sərhəddə vurulması olmuşdu. Rəsmi Moskva Türkiyəni baş verənlərə görə kəskin tənqid etmişdi.

 

 

Vüqar İSMAYILOV  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı