Modern.az

Nobel prospektində piyada keçidinin inşası tamamlanır

Nobel prospektində piyada keçidinin inşası tamamlanır

Aktual

11 Oktyabr 2016, 14:41

"Ağ şəhər" avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin və Süleyman Vəzirov küçəsinin kəsişmələrində 2 yeraltı piyada keçidinin tikintisi işləri aparılır.

 

Hər bir keçidin uzunluğu 4 istiqamətə giriş-çıxış hissələr də daxil olmaqla 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidlərin hər biri 8 ədəd eskalatorla təmin olunacaq.Xəqani Rüstəmov Küçəsi İlə Nobel Prospekti kəsişməsində layihələndirilən yeraltı piyada keçidinində qalereyanın tikintisi yekunlaşıb. Hazırda keçiddə üzlənmə işləri aparılır.

 

 

Ümumilkdə keçidin inşası zamanı uzunluğu 14 m olan 354 ədəd demir beton svay, 370 ədəd beton svay, 440 m uzunluğunda dəmir-beton rostverq, 115 ədəd dəmir-beton tir inşa edilib.

 

 

Bundan başqa keçid 2 qat ruburoid materialı ilə izolyasiya olunub, üzlənmə üçün istifadə olunan 2500 m2mərmər-qranit işlərindən 1000 m2 görülüb. Keçidin giriş-çıxış hissəsi üçün 8 ədəd çöl şəraitində quraşdırılan eskalator sifarış olunub.

 

 

Xəqani Rüstəmov Küçəsi İlə Süleyman Vəzirov küçəsinin kəsişməsində layihələndirən yeraltı piyada keçidində isə uzunluğu 14 m olan 354 dəmir-beton svaydan 300 ədədi, 370 ədəd beton svaydan 270 ədədi inşa olunub, digər tikinti işləri davam etdirilir.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...