Modern.az

Cahangir Hacıyevə görə NİDA-çının məhkəməsi təxirə düşdü

Cahangir Hacıyevə görə NİDA-çının məhkəməsi təxirə düşdü

Aktual

11 Oktyabr 2016, 14:41

NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimovun bu günə təyin edilmiş məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Bu haqda Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil bunun səbəbini də açıqlayıb:

“Səbəb odur ki, məhkəmə tərkibində olan hakimlərdən Zeynal Ağayev Cahangir Hacıyevin işi üzrə müşavirədədir”.

Daxili İşlər Nazirliyinin (DİN) həbs edilən NİDA-çı gənclərlə bağlı yaydığı məlumatda bildirilir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Nəsimi RPİ 22-ci PB və Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...