Modern.az

Səfər Əbiyev ehtiyatda və istefada olan zabitlərdən qaçır

Səfər Əbiyev ehtiyatda və istefada olan zabitlərdən qaçır

Aktual

11 Oktyabr 2016, 14:50

“Müdafiə Nazirliyinin tövsiyəsi ilə ehtiyatda olan zabitlərlə görüşürük”.

Bunu Modern.az-a açıqlamasında ehtiyatda olan general-leytenant, Azərbaycanın Çindəki keçmiş hərbi attaşesi Yaşar Aydəmirov deyib.

 

General-leytenant bildirib ki, görüşlər zamanı əsasən cəbhədəki vəziyyət müzakirə olunur və orduya hər cür dəstək ifadə edilir:

“Generallarla, zabitlərlə müzakirələr aparırıq. Lazımdırsa əlimizdən gələn köməyi etməyə hazırıq”.

 

Yaşar Aydəmirov keçmiş müdafiə naziri, istefada olan general-polkovnik Səfər Əbiyevin generalların tədbirlərinə qatılıb-qatılmaması haqda da danışıb:

 

“Səfər Əbiyevi belə tədbirlərdə görməmişəm. O bizim qatıldığımız tədbirlərə gəlmir.

Mən özüm istefada yox? Ehtiyatda olan generalam. Səfər Əbiyevlə hər hansısa əlaqəm yoxdur. Onu heç görmürəm”.

 

 

Ağa AKİFOĞLU

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı