Modern.az

Abşeronda 61000 manatlıq mal oğurlayan qadın tutuldu

Abşeronda 61000 manatlıq mal oğurlayan qadın tutuldu

Aktual

11 Oktyabr 2016, 15:07

Abşeron rayon sakini Elməddin Bayramov Qaradağ RPİ 10-cu PB-yə ərizə ilə müraciət edərək həyətindəki anbardan 61000 manat dəyərində geyim əşyalarının Gültəkin Ələkbərova tərəfindən oğurlanmasını bildirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsindəki ticarət mərkəzində E.Bayramova məxsus oğurlanmış geyim əşyalarını satmaqda şübhəli bilinən Bakı şəhər sakini G.Ələkbərova saxlanılaraq 10-cu PB-yə təhvil verilib. G.Ələkbərova toplanmış materialla birgə aidiyyatı üzrə Abşeron RPİ-yə təhvil verilib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı