Modern.az

Putin nə üçün Fransaya getməkdən imtina etdi? – SƏBƏB

Putin nə üçün Fransaya getməkdən imtina etdi? – SƏBƏB

Aktual

11 Oktyabr 2016, 15:08

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Putinin Parisə səfərini ləğv etməsinin səbəbini üzə çıxarıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Peskov səfər proqramının son anda dəyişdirilməsinini buna səbəb olduğunu deyib.

 

“Səfər 19 oktyabra planlaşdırılmışdı. Proqramda Putinlə Ollandın Rusiya Ruhani Mərkəzinin açılışında iştirakı və Parsidə rəsm sərgisinin keçirilməsi nəzərdə tutulurdu. Lakin sonradan bu tədbirlər fransızların təkidi ilə proqramdan çıxarılıb”.

 

Peskov Putinin Fransaya Olland üçün uyğun olan istənilən tarxidə səfər etməyə hazır olduğunu deyib.

“Reuters” agentliyinin məlumatına görə isə Putinin Fransaya getməkdən imtina etmə səbəbi olaraq prezidentlər arasında yalnız Suriya mövzusunun müzakirə olunması idi. Olland Suriyadan başqa heç bir mövzuda Putinlə müzakirə aparmayacağını demişdi.

 

Vüqar İSMAYILOV

     

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı