Modern.az

Nazirlik 1 saylı Doğum evindən şikayətçi olan ana haqda AÇIQLAMA yaydı

Nazirlik 1 saylı Doğum evindən şikayətçi olan ana haqda AÇIQLAMA yaydı

Aktual

11 Oktyabr 2016, 15:14

Əliyeva Aliyə Səyyad qızının Sumqayıt şəhər 1 saylı Doğum evində infeksiyaya yoluxması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

 

Bunu Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

 

S.Əhmədova deyib ki, qadında heç bir infeksiya yoxdur:

“Onun səhhətində müəyyən problemlər olub. Hazırda Respublika Kliniki Xəstəxanasında müalicəsi davam etdirilir”.

 

Nazirlik rəsmisi dünyaya gələn körpənin sağlam olduğunu qeyd edib:

“Uşağın çəkisi 4 kq-dan çox olduğundan A.Əliyevavnın təbii doğuşla uşaq dünyaya gətirməsi mümkün olmayıb. Ona görə də həkimlər qeysəriyyə əməliyyatını məsləhət görüblər”.

 

Vətəndaş Fərqan Əliyev həyat yoldaşının Sumqayıt şəhər 1 saylı Doğum evinə normal doğuş üçün qəbul edildiyini, amma uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyini bildirib.

 

O, həyat yoldaşının xəstəxanada mikroba yoluxduğunu iddia edir.

 

Gülşən RAUFQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı