“Qurultayın hazırlıq işləri tamamlanan kimi biz ümid edirik ki, İlqar Məmmədov da azadlıqda olacaq. Qurultay daha möhtəşəm və REAL-ın bütün ailəsini özündə cəmləşdirən hesabat və görüş tədbirinə çevriləcək”.
Bunu Modern.az-a açıqlamasında REAL Respublikaçi Alternativ hərəkatının icra katibi Natiq Cəfərli deyib.
O bildirib ki, bu yaxınlarda İlqar Məmmədov azadlığa buraxıla bilər:
“Bu yaxınlarda İlqar Məmmədovla bağlı pozitiv bir qərar olacaq. Dekabrın 18-də məhkəmə iclası təyin olunub. Buna görə də İlqar Məmmədov tez bir zamanda, yaxın aylarda azadlığa çıxsa qurultayı keçirəcəyik.
İlqar Məmmədovla da bu barədə məsləhətləşmişik. İşlər tamamlansa, bu ilin sonu ya da daha dəqiq gələn ilin əvvəli qurultayı mütləq edəcəyik.
Çox yaxın aylarda qurultayın olması gözlənilir. Ümid edirik ki, sədrimizlə birlikdə qurultayı keçirəcəyik”-deyə Natiq Cəfərli bildirib.
Ağa AKİFOĞLU