Modern.az

Nazarbayev Bakıya gələsi olmadı

Nazarbayev Bakıya gələsi olmadı

Aktual

11 Oktyabr 2016, 17:13

 

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri qeyri-müəyyən müddətə təxirə salınıb.

 

Modern.az-ın xəbərinə görə, Qazaxıstan lideri sağlamlığındakı problemə görə Bakıya gələ bilməyəcək.

 

Soyuqdəyməyə görə müalicə alan N.Nazarbayevin görüşə yaxın zaman üçün nəzərdə tutulmuş tədbirlərin hamısını təxirə saldırıb.

 

Xatırladaq ki, Qazaxıstan prezidentinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün oktyabrın 13-də Yerevana səfər edəcəyi planlaşdırılırdı.

 

Ağa AKİFOĞLU

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı