Modern.az

Zakir Həsənov cəbhədə atışları izlədi - FOTO

Zakir Həsənov cəbhədə atışları izlədi - FOTO

Aktual

11 Oktyabr 2016, 17:39

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən döyüş bölgəsində olan müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi qulluqçuların atəş və taktiki hazırlıq məşqləri keçdiyi təlim-atış mərkəzində olub.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, nazirə poliqon haqqında məlumat verilərək bildirilib ki, ərazidə cəbhə xəttindəki vəziyyətin modelləri vasitəsilə real döyüş şəraitinə uyğun təlimlərin keçirilməsi, düşmənin təxribat-kəşfiyyat cəhdlərinin qarşısının alınması, əks tədbirlərin görülməsi və digər praktiki məşqlərin keçirilməsi üçün şərait yaradılıb.

 

Poliqonda şəxsi heyət silahlanmada olan atıcı silahlar, minaatanlar və qumbaraatanlardan istifadə etmək bacarığını daha da təkmilləşdirmək və təcrübələrini artırmaq imkanı əldə edir.

 

Müdafiə naziri atış, taktiki sahə, kəşfiyyat, snayper hazırlığı kursu və digər təlim nöqtələrində praktiki hazırlıq çalışmalarını izləyib.

 

Ağa AKİFOĞLU

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı