Modern.az

"Bunlar gəncliyin inkişafına ciddi təsir edir" - MÜSAHİBƏ 

"Bunlar gəncliyin inkişafına ciddi təsir edir" - MÜSAHİBƏ 

Aktual

11 Oktyabr 2016, 18:06

Azərbaycanda gənclər sahəsində kifayət qədər uğurlu siyasət həyata keçirilir. Həmin siyasətin nəticəsidir ki, bu gün gənclər yeni ideyalar, layihələr, fikirlər irəli sürür. Şəxsi təşəbbüsərin dəstəkləndiyini görən gənclik yetişir. Gəncliyin gələcək inkişafının müxtəlif aspektləri nəzərdə tutulub: “Azərbaycan gənclərinin inkişaf strategiyası ötən illərdəki proqramlardan fərqli olaraq daha geniş şəkildə birbaşa gənclərin inkişafına yönəlib. “İRƏLİ” İctimai Birliyi də bu sahədə gənclərə dəstək olur. “İRƏLİ” İctimai Birliyi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasətin uğurlu nəticələrindəndir. Təşkilat olaraq gənclərin dayanıqlı inkişafı naminə artıq bir sıra layihələr olub və hal hazırda davam edir. Bu layihələr həm iştirakçı sayına, həm əhatə dairəsinə, həm də öz funksionallığına görə bu günə kimi həyata keçən bir çox layihələrdən fəqlənir. “İRƏLİ” İctimai Birliyinin sədrliyinə namizədliyim zamanı vurğuladığım və təşkilatın bütün fəaliyyətini əks etdirən 7 əsas konsepsiyaya əsasən “İRƏLİ” İctimai Birliyinin fəaliyyəti regionlarımızı və paytaxt gənclərini əhatə edir. Həyata keçirilən layihələrdə əsas fəaliyyət istiqamətlə xüsusi nəzərə alınır. Bölgələrimizdə xeyli sayda layihələr həyata keçirilib və keçirilməsi planlaşdırılan daha geniş tərkibli, kreativ, gənclərin tələblərinə cavab verən layihələr də gözlənilir.

 Beləliklə, Modern.az "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidovla müsahibəni təqdim edir:

 

-Mirhəsən müəllim, müasir Azərbaycan gənci milli stereotipləri qırmağa meyllidirmi?

-Milli stereotip anlayışı ümumiyyətlə qəbul olunan deyil. Çünki hər bir cəmiyyətin, ələxsus onun aktiv kütləsi olan gənclərin özü üçün müəyyənləşdirdiyi müəyyən stereotiplər var. Gəlin Azərbaycan cəmiyyətində gənclərin roluna baxaq. Bu gün gənclər üçün bir çox şans yaranıb. Amma yenə də bizə, Azərbaycana məxsus olan stereotiplər var ki, onu gənclərimiz zamanla aradan qaldırmağa çalışırlar. Azərbaycan bəllidir ki, inkişaf etməkdə olan Dövlət olsa da İnkişaf etmiş dövlətlərdən heç də geri qalmır və Cənab Prezidentin iradəsi nəticəsində hər gün daha da inkişaf edir. İnkişaf edən cəmiyyətdə isə ancaq yeniliklərdən misal çəkmək olar. Zamanla dəyişikliyə məruz qalan mədəniyyətimiz cəmiyyət arasında xüsusi stereotipləri qırmağa nail olur. Azərbaycanın inkişaf mərhələsində, çiçəklənən dövründə yeni yetişən gənc nəsli çətinlik görmədən yaşayıb. Amma bir gün o fikir də dəyişə bilir. Zamanla biz sıraya durmağı, tamaşaçı kimi iştirak etməyi, avtonəqliyyat idarə etməyi və cəmiyyətin bizdən tələb etdiyi bir çox mədəniyyətləri öyrənməliyik. Bunun üçün isə zaman lazımdır. İnanıram ki, milli dəyərlərimizə sahiblənən gənclik cəmiyyətdə olan bəzi stereotipləri də qırmağa zamanla nail olacaqdır.

 

-Daim dəyişən ictimai-siyasi mühitə gənclər adekvat cavab verə bilirmi, gənclərin ölkə həyatında fəallığı istənilən səviyyədədirmi?

 

-Tamamilə doğru sualdır. Daim dəyişən ictimai-siyasi mühit ?! Bu nədir ? İlk öncə biz bunun fərqinə varmalıyıq. İctimai-siyasi mühit dünyada baş hansı münasibətlər fonunda dəyişə bilir. Azərbaycan gənci bu mühitin tələblərinə cavab verməlidir mütləq ki. Amma inkişaf edən dünyanın bugün daha çox informasiya müharibəsində çalışdığı açıq səhnədir. İnformasiya axının sürətinə cavab vermək üçün bütün gün ərzində qəbul etdiyin milyonlarla informasiyanı sadəcə doğru və düzgün dəyərləndirməli, analiz etməli və elmimizin bizə imkan verdiyi formada süzgəcdən keçirməliyik. Məhz bu səbəbdən bu gün gənclər kifayət qədər fəallıq göstərir. Azərbaycan artıq dünyanın ən böyük tədbirlərinə ev sahibliyi edir. Bunun gəncliyin inkişafına da ciddi təsiri olduğunu hamımız bilirik. Zənnimcə Gəncləri dinləməyi bacardığımız zaman onların nə istədiyini daha rahat başa düşürük. Bu zaman həm o gənc fəallığını göstərir, həm də bu dövlət üçün ən yaxşısını etməyə çalışır. Gəlin nəzər salaq nə qədər xaricdə təhsil alan tələbələr var və onların uğurlarında Azərbaycan gənci ifadəsi, Azərbaycanlı sözü işlədilir. Bu həqiqətən də qürur vericidir. O ki qaldı gənclərin ictimai-siyasi mühitə cavab verməsinə, bəli bunu da çox yaxşı bacarırlar. İctimai-siyasi məsələlərdə fəallıq göstərirlər. Uğurlu gənclərlə gözəl gələcək gözləniləndir.

 

-Ümumiyyətlə, müasir gənclik və yetkin nəsil arasında fərqlər hansı aspektdə daha qabarıq gözə çarpır?

 

-Hər bir gənc- müasir gənclik kitaba olan marağı, aldığı ailə tərbiyəsi, əhatəsi ilə fərqlənir. Bu gün gənclik inkişaf edir, təkmil insan formalaşır. Amma hər şey hər zaman mükəmməl olmur. Bəzi məsələlər var ki, yetkin nəsillə gənc nəsil arasında fikir ayrılığına səbəb olur. Yetkin nəsil çox vaxt bu problemdən şikayət edir ki, gənclər mütaliəyə kifayət qədər vaxt ayırmır. Bunun səbəbi yetkin nəsil daha çox oxuyub, çalışması, amma bugünki gəncliyin buna lazımınca vaxt ayırmamasıdır. Bunu da nəzərə almaq lazımdır ki, həmin dövrlə indiki dövr arsında kifayət qədər fərq var. Təbii ki, yetkin nəsil uzun illər mütaliə edir, cəmiyyəti maarifləndirir, təcrübə qazanır və daha sonra bütün bildiklərini müasir gənc nəslə ötürür. Bu təcrübə müasir gənclik ilə paylaşılanda birlikdə ölkə olaraq daha böyük uğurlara imza atmış oluruq. “İrəli” Dövlət Gənclər siyasətini dəstəkləyən və bu siyasətin inkişafında yaxından iştirak edən gənclər təşkilatıdır. Təşkilatımız ölkədə dövlətin gənclər siyasəti, ölkə gənclərinin sağlam inkişafı üçün çalışır.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı