Modern.az

Milli Məclisin komitə sədrindən Tənzilə Rüstəmxanlıya dəstək

Milli Məclisin komitə sədrindən Tənzilə Rüstəmxanlıya dəstək

Aktual

11 Oktyabr 2016, 18:30

Türkiyənin Bakıdakı səfirliyinin keçmiş mətbuat müşaviri Turqut Ər mütəmadi olaraq Azərbaycanla bağlı çıxışlar edir, sosial şəbəkələrdə siyasi statuslar yazır. Onun Azərbaycan əleyhinə etdiyi bu çıxışlar bir çox hallarda qalmaqallarla müşayiət olunur.

Turqut Ərlə növbəti qalmaqal xalq şairi, keçmiş deputat Sabir Rüstəmxanlı və onun xanımı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı arasında yaşanıb. Olay gündəmin əsas mövzularından biridir.

Keçmiş diplomatın sosial şəbəkədə Tənzilə Rüstəmxanlı haqqında qeyri-etik ifadələr işlətməsi təkcə Rüstəmxanlıların deyil, Facebook-un bir çox azərbaycanlı istifadəçisinin etirazına səbəb olub. Məsələ burasındadır ki, Turqut Ər budəfəki çıxışında da Azərbaycan dövləti və hakimiyyəti əleyhinə mənfi fikirlərə yer verib.

Milli Məclisin deputatları Turqut Ərin bu qeyri-etik davranışını pisləyib. Modern.az məsələ ilə bağlı Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun fikirlərini öyrənib.

Deputat bildirib ki, Turqut Ər hər zaman Azərbaycan dövlətinə, onun uğurlarına ləkə yaxmaqla məşğul olub.

“Turqut Ər Türkiyə ilə Azərbaycanın əlaqələrinin inkişaf etməsini sanki qəbul edə bilmir. Müşahidələr onu göstərir ki, o, bütün siyasi fəaliyyəti boyunca Azərbaycana düşmən mövqedə dayanıb. Ölkəmizin uğurlarını, Türkiyə ilə münasibətlərinin yaxşı olmasını həzm edə bilməyib”,-deyə F. Muradov vurğulayıb

Komitə sədrinin fikrincə, Turqut Ər həmişə Azərbaycanı istəməyən xarici qüvvələrlə eyni mövqedən çıxış edib:

“Xaricdəki Azərbaycanı istəməyən qüvvələr daim ölkəmizdə qarışıqlıq yaranmasına, sakit düzənin pozulmasına çalışırlar. Diqqət etsəniz, Turqut Ərin də eyni mövqe sərgilədiyini görəcəksiniz. Bu adam birmənalı olaraq Azərbaycanın düşməni kimi çıxış edir. Onun dövlətçiliyimizə qarşı səsləndirdiyi fikirlər ölkəmizlə əməkdaşlığın inşafına çalışan Türkiyənin özünə də zərərlidir”.

Komitə sədri Turqut Ərin T.Rüstəmxanlı haqqında işlətdiyi xoşagəlməz ifadələrə də münasibətini açıqlayıb.

“Turqut Ər bütün etik çərçivələri aşaraq bir xanım haqqında xoşagəlməz ifadələr işlədir. Buna heç cür haqq qazandırmaq olmaz. Bir türk kişisi bu qədər cılız ola bilməz. Bu formada təhqir Turqut Ərin onsuz da zədələnmiş reputasiyasına bir az da xələl gətirir. Bir xanım haqqında qeyri-etik ifadələr səsləndirmək türk kişisinə yaraşmır”.


Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı