Modern.az

Miqrantlar Azərbaycana qanunsuz daxil olmaq istəyir - RƏSMİ

Miqrantlar Azərbaycana qanunsuz daxil olmaq istəyir - RƏSMİ

Aktual

12 Oktyabr 2016, 10:41

 

“Orta Şərqdə baş verən proseslər fonunda Avropada qaçqınlarla təhqiramiz davranılır. Avropa İttifaqında miqrasiya problemi ilə effektiv həll mexanizmi hələ tapılmayıb.Bir çox halda adi insan hüquqlarına əməl edilmir”.

 

Modern.az-ın xəbərinə görə, bu sözləri Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bu gün Bakıda MDB dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclasının açılışında çıxışı zamanı deyib.

 

Administrasiyanın şöbə müdiri söyləyib ki, Ermənistanın işğalına məruz qalan Azərbaycan ciddi miqrasiya problemi ilə üzləşib:

“İşğal olunmuş Azərbaycan  ərazilərində qanunsuz miqrasiya və narkotik dövriyyəsi həyata keçirilir.

 

Digər tərəfdən, miqrasiya böhranı fonunda Avropada irqçilik, dözümsüzlük artır. Miqrantların Azərbaycana da qanunsuz daxil olmaq cəhdləri var.

 

Azərbaycan əlverişli geosiyasi məkanda yerləşir, sabit ölkədir, multikulturalizm hökm sürür”-deyə Fud Ələsgərov bildirib.

 

Ağa AKİFOĞLU

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı