Bu gün Şəki şəhərində ümumi sahəsi 2 ha olan “Şəki Bazar” ASC-nin ərazisində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, 90 ədəd bir-birinə bitişik geyim əşyaları satışı konteyneri və 20 ədəd satış piştaxtasının yanar konstruksiyaları və içərisində olan mallar 1200 m2 sahədə yanıb.
Qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gülşən RAUFQIZI