Modern.az

Vətəndaşların itirilmiş sənədlərinin vahid bazası yaradılacaq

Vətəndaşların itirilmiş sənədlərinin vahid bazası yaradılacaq

Aktual

12 Oktyabr 2016, 12:10

MDB-nin Miqrasiya Xidmətləri Birliyə üzvü olan ölkələrin vətəndaşlarının itirilmiş və ya etibarsız şəxsiyyəti təsdiq edən sənədlərinin vahid bazasının yaradılması haqqında saziş imzalayacaq.

Modern.az-ın xəbərinə görə, bunu Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin miqrasiya orqanlarının rəhbərləri Şurasının 19-cu iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib:

“Bu gün MDB vətəndaşlarının bu və ya digər ölkəyə getməsi rejimlərinin sistemləşdirilməsi üzrə qarşımızda ciddi problem dayanır.

 Ona görə də bu gün Birliyə üzvü olan ölkələrin vətəndaşlarının itirilmiş və ya etibarsız şəxsiyyəti təsdiq edən sənədlərinin vahid bazasının yaradılması haqqında saziş imzalayacağıq”.

Onun sözlərinə görə, iclas çərçivəsində iştirakçılar dövlətlər tərəfindən vətəndaşın başqa dövlətin ərazisində özünü rahat hiss etməsi üçün zəruri olan qanunvericiliyin öyrənilməsi məqsədilə bu və ya digər ölkənin ərazisində yaşayacaq miqrantlar hazırlayacaq xüsusi təşkilatların yaradılması imkanlarını müzakirə edəcəklər:

“Hüquq-mühafizə orqanlarının rəhbərləri kimi, biz başa düşməliyik ki, hökumətlərarası, dövlətlərarası razılaşmalarda əks olunan bütün qərarlar başqa ölkənin qanunlarının tələblərinə, adət-ənənələri və mədəniyyətinə hörmət şəraitində, sakit mühitdə həyata keçirilməlidir”.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı