Modern.az

Almaniyada Xocalı soyqırımı anılıb

Almaniyada Xocalı soyqırımı anılıb

Aktual

12 Oktyabr 2016, 12:31

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyi Almaniyada Xocalı Soyqırımının 25 illiyi ilə bağlı tədbir keçirib.

 

İctimai Birliyin sədri, tarix elmləri doktoru Nəsiman Yaqublu bu haqda mətbuatı belə məlumatlandırıb:

“Qeyd edim ki, belə tədbirlərin Avropa ölkələrində keçirilməsi olduqca əhəmiyyətlidir. Bu tədbirlər Avropa ictimaiyyətini ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar və qətliamlar haqqında məlumatlı edir. Tədbirin bir əhəmiyyəti də ondadır ki,biz qanlı hadisəyə ictimaiyyətin diqqətini hər zaman cəlb edə bilmək imkanı  qazanırıq. Adətən  belə tədbirləri yalnız soyqırımı günündə təşkil edir, sonradan az qala yada salmırıq. Bu dəfə isə əksinə, sübut olundu ki, Xocalı qətliamı hər zaman insanlarımızın diqqətindədir. Əsas tədbirimiz Almaniyanın Frankfurt və Mayns şəhərlərində keçirildi. Maynsda keçirilən tədbiri xüsusi olaraq qeyd etmək istəyirəm. Bu çox effektli bir tədbir oldu. Belə ki,həmin gün Mayns şəhərində Almaniyada yaşayan xalqların mədəniyyət  günləri keçirilirdi və biz də razılaşıb, icazə alıb tədbirimizi həmin günə təyin etdik. Bu imkan verdi ki, yalnız almanlar deyil, eləcə də bu ölkədə yaşayan digər xalqların nümayəndələri də tədbirimizin qonağı olub Xocalı həqiqətlərini öyrənsin. Bu tədbirdə Almaniyadan, Türkiyədən, İrandan, Ukraynadan, Rusiyadan qonaqların olması, Almaniya Bundestaqı təmsilçisinin işçtirakı olduqca əhəmiyyətli idi. Qeyd edim ki,tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı müxtəlif dillərdə kitablar,fotolar və sənədlər paylanıldı Bu tədbirin  təşkilində önəmli rol oynamış Farnkfurt və Mayns şəhərində yaşayan azərbaycanlı  dostlarımıza, xüsusən  İlham Həsənova təşəkkürlərimi bildirirəm”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı