Modern.az

Şeyxlə komitə sədri qan verdi

Şeyxlə komitə sədri qan verdi

Aktual

12 Oktyabr 2016, 12:41

 

Bu gün “Təzəpir” Məscidində Aşura günü ilə əlaqədar  qanvermə aksiyası olub.

 

Modern.az-ın xəbərinə görə, qanverənlər arasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı da olub.

 

Qanvermə aksiyasına bir sıra ictimai-siyasi şəxslər də var. Həmin şəxslər arasında dövlət müşaviri Kamal Abdulla, YAP icra katibinin müavini, DEPUTAT Siyavuş Novruzov və bəzi deputatlar, dini konfessiyaların rəhbərləri olub.

 

 

Xatırladaq ki, Səhiyyə Nazirliyi və QMİ Aşura günündə 15 məsciddə qanvermə aksiyası keçirir. 

 

Ağa AKİFOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı