Modern.az

Nardaranda insident olmayıb - AÇIQLAMA

Nardaranda insident olmayıb - AÇIQLAMA

Aktual

12 Oktyabr 2016, 12:51

 

Ölkə ərazisində Aşura mərasimlərinin keçirilməsi ilə bağlı tədbirlər artıq başa çatdırlıb.

Modern. az saytı Nardaran qəsəbəsində dini mərasimlərin necə keçirilməsini öyrənib.

 

Nardaran kənd sakini Arif Xəlilov Modern.az-a açıqlamasında ciddi hadisə baş vermədiyini deyib.

 

Səhərdən kənd insanları Aşura mərasimi ilə bağlı məscidlərə axışıb. İnsanlar normal şəkildə dini ayinləri icra ediblər. Hər hansı insident hadisəsi qeydə alınmayıb. Səhərdən başlayaraq kənd ərazisində təhlükəsizlik tədbirləri yüksək şəkildə təşkil olunub.

 

İnsanlar rahat şəkildə məscidlərə yollanıb. Kimsənin dini inancına qarşı kobudluq edilməyib. Mən də hər kəs kimi məscidə gedib mərasimdə iştirak etmişəm. Dinc şəkildə Aşura mərasimi başa çatıb”

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı