“Bu ölkədə imanın, dinə olan münasibətin artmasının göstərisidir. Bu gün dinindən, məzhəbindən asılı olmayaraq, hər kəs qanvermə aksiyasında iştirak edir. Əgər sovet dövründə ölkədə 17 məscid var idisə, bu gün 2000-dən çox məscid var”.
Modern.az-ın xəbərinə görə, bunu Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
Şeyx dövlətin dinə olan münasibətini də açıqlayıb:
“Bu da dövlətin dinə olan münasibətinin göstəricisidir. Bu gün ölkədə dindarlar üçün bütün şərait yaradılıb. Azərbaycanda Aşura günü qanvermə aksiyasının keçirilməsi dünyada çox bəyənilir. Hətta Türkiyə də Azərbaycanın bu təcrübəsindən istifadə edəcəyini bildirib. Bu gün dünyanın bir sıra ölkələrində qanvermə aksiyası keçirilir".
Hacı Allahşükür Paşazadə bildirib ki, bu gün şəhid günüdür:
“Biz şəhidliyin nə olduğunu yaxşı bilirik. İmam Hüseyn Kərbəlada vətən, xalq yolunda şəhid oldu. Bizim də Qarabağ boyda dərdimiz var.
Biz də xeyli sayda şəhid vermişik. Allahu təala şəhidlərimizə rəhmət eləsin! Aşura günü bizi sındırmamalıdır, əzməməlidir. Biz düşmənə qarşı daha sıx birləşməliyik”.
Ağa AKİFOĞLU