Modern.az

Qaçqınlar Cəmiyyətinin sədri: “Azərbaycan xalqı hakimiyyətdən sərt islahatlar gözləyir”

Qaçqınlar Cəmiyyətinin sədri: “Azərbaycan xalqı hakimiyyətdən sərt islahatlar gözləyir”

Aktual

12 Oktyabr 2016, 14:06

Sentyabrın 26-da Azərbaycanda referendum keçirildi və oktyabrın 11-də Konstitutsiyaya edilən dəyişikliklərin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqləndi.

 

Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli Modern.az-a deyib ki, ümumxalq müzakirəsinə çıxarılan məsələlərin xalq tərəfindən dəstəklənməsi bir daha sübut etdi ki, bu dəyişikliklər tarixi zərurətdən irəli gəlib:

“Xalq bu dəyişikliklərə hazır idi. Bütün Azərbaycan xalqı kimi, biz qərbi azərbaycanlılar da bu tarixi-siyasi hadisənin Azərbaycanda dövlət quruculuğunda, siyasi və iqtisadi idarəetmədə yeni keyfiyyət dəyişikliklərinə səbəb olacağına inanır və böyük ümidlər bəsləyirik.

Konstitusiyaya edilən əlavə və dəyişikliklər ölkə həyatının bir çox sahələri üçün zəruri olan məsələləri həll etməkdə lazımi hüquqi baza yaratdı. İndi qalır təcili islahatlara getmək”.

 

Ə.Ələkbərlinin fikrincə, Azərbaycan xalqı artıq çoxdandır ki, hakimiyyətdən çevik və bir qədər də sərt islahatlar gözləyir:

“Əhali mövcud ərazi-idarəetmə institutlarının idarəetmə sistemindən bezib. Keçmiş SSRİ məkanında Azərbaycan müstəqillik əldə etmiş bəlkə də yeganə respublikadır ki, sovetlərdən qalma ərazi-inzibati bölgü sistemindən qopa bilmir. Başqa respublikalar çoxdan quberniyalaşma (vilayətləşmə) sisteminə keçib və bununla da yerli özünüidarəetməni daha da gücləndirib.

Ölkəmiz son illərdə yüksək inkişafa nail olmuş güclü bir dövlətdir. Azərbaycanın güclü Prezidenti və Prezidentini dəstəkləyən xalqı var. Azərbaycan hazırda çox böyük kadr potensialına malikdir. Belə hesab edirik ki, bu güc və bu potensialla bütün zəruri islahatlara getmək olar”.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı