Modern.az

Putin ETİRAF etdi: “Sanksiyalar bizə çox pis təsir edir”

Putin ETİRAF etdi: “Sanksiyalar bizə çox pis təsir edir”

Aktual

12 Oktyabr 2016, 17:11

“Vaşinqton Rusiya ilə özünü partnyor kimi aparmalıdır, onda biz də dialoqa hazır olarıq”. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Vladimir Putin “Rusiya çağırır!” forumunda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə hazırda ABŞ Moskva ilə diktat dilində danışır.

“Mən də istəməzdim ki, münasibətlərimiz pisləşsin lakin bu bizim seçimimiz deyil. Əksinə, dünyanın aparıcı iqtisadiyyatına sahib Amerika ilə dost münasibətlərdə olmağımızı istərdim”.

 

Digər tərəfdən Putin Qərbin sanksiyalarının ölkə iqtisadiyyatına ciddi təsir göstərdiyini deyib. “Biz tez-tez təkrar edirik ki, Qərbin sanksiyaları bizə təsir göstərmir. Təsir göstərir. Və ilk növbədə təhlükəni mən texnologiyaların verilməsində tətbiq edilən məhdudiyyətlərdə görürəm”.

 

Vüqar İSMAYILOV

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı