Modern.az

Polis azyaşlını belə xilas etdi - VİDEO

Polis azyaşlını belə xilas etdi - VİDEO

Aktual

13 Oktyabr 2016, 01:03

Bakı-Quba yolunun 47-ci kilometrliyində təhlükəsiz şəhər kamerası vasitəsilə lentə alının görüntüdə azyaşlı uşağın saatda sürəti 110 kilometr olan yoldan keçmək istədiyi əks olunub. Modern.az saytı “Xəzər xəbər”ə  istinadən xəbər verir ki, o, dəmir ayırıcılardan birini keçə bilsə də, ikincidən keçə bilmir.

Dəmirlərin arasında biraz gözlədikdən sonra xidməti avtomobillər ərazidən keçən yol polisi inspektoru onu görərək dayanır.

 

Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşları ayırıcı zolağın içərisində köməksiz vəziyyətdə qalan uşağa kömək məqsədi ilə geri qayıdırlar. İnspektor uşağa yaxınlaşıb onu dəmir ardəmirlərin arasından çıxararaq təhlükəsiz yolu keçirir.

 

Baş Dövlət Yol Polis İdarəsinin Şöbə rəisi Kamran Əliyevin verdiyi məlumata görə, baxmayaraq ki, bu, onun vəzifəsidir belə polis əməkdaşları hər zaman mükafatlandırılır.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı