Modern.az

Erməni deputat AŞPA-da həyasızlıq etdi

Erməni deputat AŞPA-da həyasızlıq etdi

Aktual

13 Oktyabr 2016, 11:14

Avropa Şurasının Parlament Assambleyasının iclasında çıxış edən Ermənistan nümayəndə heyəti növbəti dəfə qeyri-adekvat və obyektivlikdən uzaq mövqe sərgiləyiblər.

 

Modern.az xəbər verir ki, Ermənistan nümayəndə heyətinin qadın üzvü Naira Zoqrabyan çıxışında Azərbaycanın ünvanına əsassız ittihamlarla çıxış edib. Aprel hadisələrindən danışan deputat Azərbaycanın cəzalandırılmasını tələb edib.

 

Bundan başqa, o, Roma statununu Azərbaycan tərəfindən ratifikasiya olunmamasını da vurğulayıb.

 

Erməni deputatın yüksək tonda çıxışı avropalı parlamentarilər tərəfindən təəccüblə qarşılanıb.

 

Modern.az 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!