Cənubi Sudanın prezidenti Salva Kiir ölməsi ilə bağlı şayiələri təkzib edərək xalqı sakitliyə çağırıb.
Modern.az xəbər verir ki, dünən axşam Kiir tərəfdarlarını salamlayaraq, ölkənin paytaxtı Cubaya gedib.
O, KİV-ə bəyan edib ki, öldüyü haqda şayiələri yayanlar sülhün əleyhinə olanlardır.
Prezident qeyd edib ki, ölkənin müharibə vəziyyətinə qayıdışına imkan verməyəcək və vətəndaşları da qanunları pozmamağa çağırıb.
Kiirin ölməsi haqda informasiya oktyabrın 11-də axşam yayılıb və ölkənin paytaxtında çaxnaşmaya səbəb olub.
Modern.az