Modern.az

Qüdrət Həsənquliyev: “... qoy elə Allahşükür Paşazadənin əlini, ayağını öpsünlər”

Qüdrət Həsənquliyev: “... qoy elə Allahşükür Paşazadənin əlini, ayağını öpsünlər”

Aktual

13 Oktyabr 2016, 11:56

“Avropa ölkələri Azərbaycanı dini ekstremizmə qarşı kəskin şəkildə mübarizə aparmağa görə tənqid edir. Amma onlar başa düşmürlər ki, Azərbaycanın yerləşdiyi regionun ətrafı qana boyanıb”.

Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, Azərbaycanın yerləşdiyi region qana boyanıb.

Q.Həsənquliyevin sözlərinə görə, xaricdəki din xadimlərinin əllərini öpüncə, Qafqaz Müsəlmanları İdarəsinin sədri şüyxülislam Allahşükür Paşazadənin əlini və ayağını öpsünlər:

“Onsuz da regionumuzda din pərdəsi altında radikal qruplaşmaların təhdidləri var. Bəziləri xaricdəki din xdimlərinin əllərini öpərək onlara biət edirlər. Amma anlamırlar ki, onlar səhv yoldadırlar. Əgər din xadiminin əlini öpmək istəyirlərsə buyurub şeyximiz hacı Allahşükür Paşazadənin əlini, ayağını öpsünlər”.


Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı