Bu gün prezident kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitunun nəşri olan ikicildlik "Azərbaycan Respublikası Tarixi" kitabının təqdimatı keçirilib.
Modern.az xəbər verir ki, Tarix İnstitunun Elmi Şurasının qərarı ilə çap olunmuş kitabın elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru isə AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Tədbiri giriş sözü ilə başlayan Prezident kitabxanasının direktoru Mayıl Əhmədov qeyd edib ki, "Azərbaycan Respublikasının tarixi" fundamental elmi araşdırma olmaqla müstəqil Azərbaycanın elmi həyatında mühüm hadisədir. Qeyd edilib ki, "Azərbaycan Respubliksının tarixi" son illərdə Tarix İnstitutunda nəşr olunmuş digər çoxsaylı əsərlər kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılıb.
Təqdimat mərasimində çıxış edən Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, geniş tədqiqatçılar heyəti tərəfindən yazılmış bu əsər Azərbaycanın müstəqillik dövrü tarixinin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüsdür: "Əsərin 1-ci cildi 1991-2003-cü illlər, daha doğrusu tariximizin Heydər Əliyev dövrünü, 2- ci cilddə isə 2003-2016- cı illəri- Prezident İlham Əliyevin başçılığı ilə əldə olunmuş tarixi nailiyyətləri və ölkədə aparılan böyük quruculuq, abadlıq illərini əhatə edir" " Azərbaycan Respublikasının tarixi" ikicildliyinin materialları müasir tarix üzrə mütəxəssis olan tanınmış tarixçi-alim tərəfindən yazılmış, hər iki cilddə Müstəqil Azərbaycanın xarici siyasətinə dair fəsillərin müəllifi isə u sahənin görkəmli mütəxəssisi professor Əli Həsənovdur Tədbirdə tanınmış ziyalılar, Millət vəkilləri çıxış edərək əsər barədə fikirlərini bildiriblər. Qeyd edək ki, "Azərbaycan Respublikasının Tarixi" ikicildliliyi dövlət müstəqilliyimizin bərpasının iyirmi beşinci il dönümünə həsr olunub.
Qafar Ağayev