Modern.az

Mahmud Qurbanov milli komandanın uğurlu çıxışının “sirr”ini açdı

Mahmud Qurbanov milli komandanın uğurlu çıxışının “sirr”ini açdı

Aktual

13 Oktyabr 2016, 14:53

“Azərbaycanın futbol üzrə milli komandasının əvvəlki və indiki çıxışlarını fərqləndirmək  düzgün deyil. Çünki keçmiş, keçmişdə qaldı. Hesab edirəm ki, keçmişdən danışmaq düzgün deyil. O vaxtlar şərait də başqaydı. İndi isə tam başqa. Ona görə də müqayisə etməyə dəyməz”.

Bunu Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi və yığma komandamızın baş məşqçisinin köməkçisi Mahmud Qurbanov Modern.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan millisinin hal-hazırda uğur qazanmağında baş məşqiçi amilini və futbolçularımızın daha çox meydanda mübarizə aparmağını qeyd etmək olar.

“ Futbolçular qazandıqları nailiyyətlərə görə həmişə mükafatlandırılır. Çünki yığmamızda çox güclü ruh yüksəkliyi var. Komanda daha çox sıx birləşib. Bütün mövqelərdə sona qədər mübarizə aparırlar. Ona görə də mən deyərdim ki, maddi baxım futbolçularımız üçün o qədər də önəmli deyil. Önəmli olan oynamaq və nəticə qazanmaqdır”.

M.Qurbanov qeyd edib ki, o, Robert Prosineçkini Azərbaycan yığmasının baş məşqçisi olmuş digər şəxslərlə də fərqləndirməyi düzgün saymır.

“Çünki bütün baş məşqçilərin  milli komandamızın formalaşmağında əməyi çox olub”.

Mahmud Qurbanov millimizin gələn ay Şimali İrlandiya ilə keçirəcəyi oyunu barədə də danışıb.

“Milli komandamızın əlinə deyərdim ki, yaxşı şans düşüb. Onu da qiymətləndirmək lazımdır. Biz çalışacağıq ki, Şimali İrlandiyanı məğlub edib xal ehtiyatımızı artırmalıyıq. Amma bunu demək çox tezdir. Çünki istəklərlə reallıq həmişə üst-üstə düşmür”.

 

Mirmahmud KAZIMOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı