Oktyabrın 28-də Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumunda prezident İlham Əliyevin də iştirakı gözlənilir.
Bu barədə Modern.az-a Diasporla İş Üzrə Dövlət Komitəsindən açıqlama verilib.
Deyilib ki, Forumun açılışı 28 oktyabrda “Fairmont” otelində baş tutacaq.
Dünya Azərbaycanlı İş Adamlarının Forumu 29 oktyabrda Baki Biznes Mərkəzində baş tutacaq.
Forumda kənd təsərrərüfatı, konsaltinq, ticarət, informasiya texnologiyaları, nəqliyyat və logistika, neft sənayesi, tekstil, bank sektoru və digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul azərbaycanlı iş adamları iştirak edəcək. Azərbaycan Respublikasından kənd təsərrüfatı, qida sektoru, tikinti və inşaat, neft, informasiya-kommunikasiya texnologiyaları (İKT), tekstil, tikiş, habelə digər sahələrdə çalışan iş adamlarının da forumda iştirakı gözlənilir.
Ağa AKİFOĞLU