Oktyabr ayının 7-də bitən həftə ərzində ABŞ-ın kommersiya neft ehtiyatları (strateji ehtiyatlar nəzərə alınmadan) 4,9 mln. barrel və ya 1 faiz artaraq 474 mln. barrelə çatıb. Modern.az saytı “APA”ya istinadən xəbər xəbər verir ki, bu barədə Energetika Nazirliyinin açıqlamasında deyilir.
"Reuters" agentliyinin keçirdiyi sorğuda iştirak edən analitiklər ehtiyatların cəmi 0,65 mln. barrel artacağını proqnozlaşdırıb.
Bu statistika açıqlandıqdan sonra "Brent" markalı neftin 1 barrelinin dəyəri 1,1 faiz azalaraq 50,9 dollara enib. Beləliklə, bu markadan olan neftin qiyməti oktyabr ayının 4-dən etibarən ilk dəfə 51 dollar səviyyəsindən aşağı düşüb.
Modern.az