Modern.az

Uşaq qidası üzrə 3 128 analiz aparılıb

Uşaq qidası üzrə 3 128 analiz aparılıb

Aktual

13 Oktyabr 2016, 22:26

İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə müxtəlif məhsullar üçün müvafiq ekspertizalar keçirilib.

Modern.az saytı xəbər verir ki, Mərkəzdən "Report"a verilən məlumata görə, bu yoxlamaların nəticələrini təsdiq edən 11 835 ədəd ekspertiza aktı tərtib olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 491 ədəd ekspertiza aktı çoxdur.

Həmin dövr ərzində mərkəzin nəzdində fəaliyyət göstərən qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında taxıl və taxıl emalı məhsulları, meyvə-tərəvəz məhsulları, şəkər və qənnadı məmulatları, tamlı məhsullar, süd və süd məhsulları, yeyinti yağları, ət və ət məhsulları, yumurta məhsulları, balıq və balıq emalı məhsulları, uşaq qidası məhsul qrupları üzrə 3 128 analiz aparılıb.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı