Modern.az

Bu telefonlardan uzaq qaçın - VİDEO

Bu telefonlardan uzaq qaçın - VİDEO

Aktual

13 Oktyabr 2016, 23:58

Son vaxtlar Şamaxıda saxta telefonlar satan Rusiya vətəndaşları peyda olublar. Modern.az saytı “Xəzər xəbər”ə istinadən xəbər verir ki, vətəndaş Eyvaz Niftəliyev onların toruna düşənlərdən biridir. Saxta telefonları orjinal adı ilə satan ruslar rayonda bir neçə nəfəri belə aldadıb.

Onlar uzaq yoldan gəldiklərini, pulları qurtardığı üçün əllərində olan telefonlarını satmaq istədiklərini deyirlər. Buna görə də bahalı telefonları uzuc da olsa verirlər.

Alıcılardan biri telefon satan şəxsin pasportunun şəklini çəkib. Həmin sənəddə onun Rusiya vətəndaşı Pyotr Petroviç olduğu görünür.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!