Modern.az

FİFA dünya çempionatının genişləndirilməsi ideyasını müsbət qarşılayıb

FİFA dünya çempionatının genişləndirilməsi ideyasını müsbət qarşılayıb

Aktual

14 Oktyabr 2016, 00:41

“Beynəlxalq futbol federasiyasının şurası (FİFA) dünya çempionatının final mərhələsində iştirak edən komandaların sayının artırılması ideyasını müsbət qarşılayıb”. Modern.az saytı “Trend”ə istinadən  xəbər verir ki, bunu jurnalistlərə FİFA-nın prezidenti Canni İnfantino deyib.

 

FİFA-nın cümə axşamı Sürixdə iclası keçirilib. Bundan əvvəl İnfantino 2026-cı il dünya çempionatının final mərhələsinin iştirakçı komandalarının sayını artırmağı təklif edib. Əvvəlcə 32-dən 40-a qədər, sonra isə 48-ə qədər artırılmağını təklif edib.

 

Gözlənilirki, bu məsələ ilə bağlı son qərar 2017-ci ilin yanvarında qəbul ediləcək.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...