Modern.az

Türkiyə Rusiyaya yeni səfir təyin etdi

Türkiyə Rusiyaya yeni səfir təyin etdi

Aktual

14 Oktyabr 2016, 11:16

Türkiyənin Rusiyadakı yeni səfiri Hüseyn Lazip Diriöz olacaq. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Diriöz 1978-ci ildən Türkiyə XİN-də diplomatik fəaliyyətə başlayıb.

 

Uzun illər NATO ilə münasibətlər, sonralar isə ictimaiyyətlə əlaqələr departamentinə rəhbərlik edib. 2004-2008-ci illərdə Hüseyn Lazip Diriöz Türkiyənin İordaniyadakı, 2013-cü ildən isə Braziliyadakı səfiri olub.

 

Öncəki səfir Ümit Yardım avqustda Moskvadan geri çağırılmışdı.

 

Vüqar İSMAYILOV 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...