Modern.az

Müdafiə nazirinin cəbhə zonasına səfərindən yeni XƏBƏR

Müdafiə nazirinin cəbhə zonasına səfərindən yeni XƏBƏR

Aktual

14 Oktyabr 2016, 11:17

Müdafiə Nazirliyin rəhbərliyi cəbhəboyu zonada tikilməkdə olan bir neçə hərbi hissədə aparılan inşaat işlərinin gedişatını yoxlayıb.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinə məruzə edilib ki, hərbi şəhərciklərdə su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunmuş qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğularla yanaşı, hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələri məqsədilə müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, camaşırxana və hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektləri də nəzərdə tutulub.

Cəbhəboyu zonaya səfəri çərçivəsində general-polkovnik Zakir Həsənov inşaat işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.

 

 

Mirmahmud KAZIMOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı