Modern.az

Səhiyyə Nazirliyi tibb işçilərinin pambıq yığmağına aydınlıq gətirdi

Səhiyyə Nazirliyi tibb işçilərinin pambıq yığmağına aydınlıq gətirdi

Aktual

14 Oktyabr 2016, 12:16

Göyçayda Mərkəzi Xəstəxananın işçilərinin pambıq yığımına cəlb edilməsi ictamiyyətin geniş müzakirələrinə səbəb olub.


Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva  faktı təsdiqləyərək bildirib ki, rayon rəhbərliyinin göstərişinə əsasən səhiyyə işçiləri pambıq yığımına kömək ediblər.

 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a açıqlama verib. Nazirlik rəsmisi burada qeyri-adi nə isə axtarmağın yersiz olduğunu deyib:

“Əvvəllər də pambıq yığımına məktəblilər və müxtəlif peşə sahibləri cəlb olunub. Dövlətin işinin xeyrinə tibb işçilərinin köməyə getməsi normaldır. 


İşdə, növbədə olmayan bir vətəndaş dövlətə köməyə gedibsə, burda pis nəsə axtarmaq lazım deyil”.

Nazirlik rəsmisi deyib ki, köməyə gedənlər növbədə olmayan texniki işçilərdir:

“Onları da heç kim məcburi şəkildə pambığa aparmayıb”.


Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı