Modern.az

“Mərkəzi Bank haqqında” qanun dəyişdi

“Mərkəzi Bank haqqında” qanun dəyişdi

Aktual

14 Oktyabr 2016, 13:54

Milli Məclisin bugünkü iclasında “Mərkəzi Bank haqqında” qanuna yeni maddə əlavə edilib.

Modern.az-ın xəbərinə görə, yeni əlavə edilən 5.0.8-1-ci maddəsində qeyd edilir ki, "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna dövlətin zəmanəti ilə təmin olunmuş kredit veriləcək. Bu məqsədlə “ Dövlət borcu haqqında” qanuna da dəyişiklik edilib. Qanun layihələri səsə qoyularaq qəbul edilib.


***

Azərbaycanda əməyin mühafizəsi qaydalarına nəzarət mexanizmində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərində ixtisarlar ediləcək.

Bu məsələ Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə barədə məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu ixtisarın aparılması bürokratik əngəlin aradan qaldırılmasına xidmət edir: “Çünki müvafiq icra hakimiyyəti bu qaydaları təsdiq etmək üçün müvafiq yoxlamanı aparanda peşə və vəzifələri təyin edən zaman bürokratik problemlər yaranırdı. Bunu ixtisar etməklə artıq əməyin mühafizəsi qaydalarını təsdiqləmək üçün peşə və vəzifələrin müəyyən edilməsinə ehtiyac qalmayacaq”.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı