Modern.az

Azərbaycanda sahibkarların məsuliyyəti artırıldı

Azərbaycanda sahibkarların məsuliyyəti artırıldı

Aktual

14 Oktyabr 2016, 13:58

Azərbaycanda sahibkarların məsuliyyəti artırılıb.

Modern.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilmiş iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Əvvəllər sahibkar yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli idisə, dəyişiklik layihəsinə əsasən, sahibkar həm də təhrif olunmuş və ya yanlış məlumat verməməlidir.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı