Modern.az

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etdi

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etdi

Aktual

14 Oktyabr 2016, 14:10

Azərbaycanda aksiz markası ilə markalanmalı olan məhsulların alqı-satqısı qaydaları dəyişib.

 Modern.az-ın xəbərinə görə, məsələ bu gün Milli Məclisin plenar iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, tütünlə bərabər pivənin də pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, habelə məhsulların satış məqsədi ilə az miqdarda alınmasına 100 manat məbləğində cərimə tətbiq ediləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.


***

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqları üzrə torpaq vergisi bələdiyyə vergilərinin vergitutma obyekti olacaq.  

Bu, Milli Məclisin iclasında müzakirə edilən “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.  

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi ilə bağlı məlumat verib. "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2016-cı il 6 may tarixli qanuna əsasən 1 yanvar 2017-ci ildən müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən ediləcək. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən ediləcək. Bu qanunun tətbiqi ilə əlaqədar Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna müvafiq dəyişiklik təklif edilib. Başqa sözlə, həmin torpaq vergisinin bələdiyyə vergilərinin vergitutma obyekti olması təklif edilib.  

"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanuna da müvafiq dəyişiklik təklif olunub. Hər iki qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

 

Ağa AKİFOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı