Modern.az

Taleh Bağırovun məhkəməsində polislər ifadə verib

Taleh Bağırovun məhkəməsində polislər ifadə verib

Aktual

14 Oktyabr 2016, 14:16

Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

 

Modern.az xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Nəsib Əsədullayev şahid qismində ifadəverib.

 

O bildirib ki, 2015-ci il noyabrın 5-də bir qrup şəxs Sabunçu RPİ-nin qarşısına toplaşaraq Elçin Qasımovun azadlığa buraxılmasını tələb edib. N.Əsədullayev hadisə zamanı xəsarət almadığını, polislərə daş atanları görmədiyini, özünün isə kimisə saxlamadaığını deyib.

 

Sabunçu RPİ-nin digər əməkdaşı Anar İbrahimov da şahid qismində ifadə verib. O hadisə zamanı dəyənəyinin itdiyini və qarnına daş dəydiyini bildirib. Zərərçəkmiş kimi harasa müraciət etməyib.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

 

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

 

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı