Modern.az

DTX əməkdaşlarına dövlət qulluqçusu statusu verildi

DTX əməkdaşlarına dövlət qulluqçusu statusu verildi

Aktual

14 Oktyabr 2016, 14:17

 

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat İdarəsinin əməkdaşlarına dövlət qulluqçusu statusu verilir.

 

Modern.az-ın xəbərinə görə, bu məqam Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat İdarəsində qulluq dövlət qulluğunun xüsusi növü hesab ediləcək.

 

Dəyişikliklər səsə qoyularaq qəbul olunub.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı