Modern.az

Deputat ŞİKAYƏTLƏNDİ: “Həlak olsa, kim məsuliyyət daşıyacaq?”

Deputat ŞİKAYƏTLƏNDİ: “Həlak olsa, kim məsuliyyət daşıyacaq?”

Aktual

14 Oktyabr 2016, 14:51

 

“Harada adamlar çox yığışır, ora parkomatlar düzdülər. Təsəvvür edin ki, enli 4 zolaqlı küçədən cəmi bir maşın keçə bilir. Bu da yol hərəkəti təhlükəsizliyinə ciddi maneə yaradır”.

 

Modern.az-ın xəbərinə görə, bunu deputat Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

 

Onun sözlərinə görə, bu mənzərəyə hər gün “Elmlər Akademiyası” metrosu ətrafında rast gəlmək mümkündür:

“Metronun giriş-çıxışılarına parkomatlar düzüblər. Bu da sıxlıq yaradır. Sabah orada kimsə həlak olsa məsuliyyəti kim daşıyacaq? Hesab edirəm ki, kütləvi yerlərdə xüsusi dayanacaqlar yaradılmalıdır. Ancaq xüsusi qazanc güdən qurumlar var. Buna hansı qurum nəzarət edir? Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələsi yalnız bir quruma verilməlidir. Kimə müraciət edirsən deyir ki, biz baxmırıq”.

 

 

Ağa AKİFOĞLU

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı