Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Ermənistanın baş naziri Karen Karapetyanın təyinatının Putinin razılığı ilə gerçəkləşdiyi iddiasını absurd adlandırıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Peskov Putinlə Sarkisyan arasında bu məsələ ilə bağlı hər hansı müzakirələrin olmasını inkar edib.
“Rusiya onun daxili işlərinə heç kəsin qarışmamasına çox həssas yanaşır. Öz növbəsində biz də heç bir ölkənin, o cümlədən yaxın qonşumuz olan Ermənistanın daxili işlərinə qarışa bilmərik”.
Vüqar İSMAYILOV