Modern.az

Pul almaq üçün əlini kəsdi, həbsxanaya göndərildi

Pul almaq üçün əlini kəsdi, həbsxanaya göndərildi

Aktual

14 Oktyabr 2016, 19:16

İspaniya sakini sığorta kompensasiyasına görə hiyləgərlikdə təqsirkar hesab edilərək barəsində 3,5 il həbs cəzası hokm çıxarılıb.

Modern.az xarici mediaya istinadən bildirir ki, kişi sığorta şirkətindən iri məbləğdə pul almaqdan ötrü öz əlini kəsib.

Bu azmış kimi, ispaniyalı qəsdən yol qəzası törətməyə təşəbbüs göstərib ki, özünün özünə yetirdiyi xəsarəti dəhşətli qəzanın nəticəsi kimi qələmə versin.

O, kəsdiyi əlinin parçasını sürücünün əyləşdiyi yerə qoyub əvvəlcədən benzin tökərək avtomobili yandırıb.

O, cəzasını çəkəndən sonra sığorta şirkətinə verdiyi zərər əvəzinə 350 min avro da ödəyəcək.

İspaniyalı bu addımı atmasının səbəbini ciddi maliyyə problemi ilə izah edib. Onun sözlərinə görə, ipoteka borcunu heç cür ödəyə bilməyib.

Bundan əlavə, kişi ciddi psixoloji xəstəlikdən əziyyət çəkdiyini də deyib. Ancaq hakim rəhmə gəlməyib və onun azadlıqdan məhrum olunması haqda qərar çıxarıb.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı