Modern.az

60 ölkədə Putin əleyhinə aksiya keçiriləcək

60 ölkədə Putin əleyhinə aksiya keçiriləcək

Aktual

14 Oktyabr 2016, 20:02

Bu gün dünyanın 60 ölkəsində Kremlin hərəkətlərinə qarşı “Putin dayan!” aksiyası keçirilməsi nəzərdə tutulur. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda aksiyanın beynəlxalq əlaqələndiricisi İrina fon Burq məlumat verib.

Onun sözlərinə görə, aksiya Putini müharibəni dayandırmasına çağırış üçün keçirilir.

“Bizim 3 tələbimiz var: Rusiya ordusunun Ukrayna ərazisindən çıxarılması, ATƏT-in missiyasının gücləndirilməsi və əsirlərin geri qaytarılması.

Aksiyada ukraynalılar çox olacaq, fransızlar, isveçlilər də qoşulacaqlar. Bu aksiyaya suriyalıların və tatarların qoşulması da nəzərdə tutulub.

Biz müharibəni, ukraynalıların öz torpaqlarında öldürülməsini dayandırmaq istəyirik. Bunun üçün nə lazımdırsa edəcəyik. Hətta Avropadan olan nümayəndələrlə, jurnalistlərlə  birlikdə cəbhəyə də gedəcəyik. Donbasda baş verənləri çəkib hər yerdə göstərəcəyik”, - deyə o, vurğulayıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı