Modern.az

Putinin hərbi bloku baş katibsiz qaldı

Putinin hərbi bloku baş katibsiz qaldı

Aktual

15 Oktyabr 2016, 09:54

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibinin seçilməsi məsələsi qurumun İrəvanda keçirilən sammitinin gündəliyindən çıxarılıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan sammitin yekunlarına dair brifinqdə bildirib.

Onun sözlərinə görə, bu məsələ ilin sonunda Sankt-Peterburqda müzakirə olunacaq.

 

Qeyd edək ki, oktyabrın 14-də İrəvanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçirilib. Sessiyada Rusiya, Belarus, Tacikistan və Qırğız Respublikasının prezidentləri, Qazaxıstanın isə baş naziri iştirak edib.

 

 KTMT-nın hazırki baş katibi Nikolay Bordyujanın səlahiyyət müddəti başa çatdığından İrəvan toplantısında yeni baş katibin seçilməsi nəzərdə tutulurdu. Nikolay Bordyuja bir müddət əvvəl verdiyi açıqlamasında yeni baş katibin Ermənistan təmsilçisi olacağını bildirmişdi.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı