Modern.az

İŞİD-lə əlaqəsi olan 2 yeniyetmə tutuldu

İŞİD-lə əlaqəsi olan 2 yeniyetmə tutuldu

Aktual

15 Oktyabr 2016, 10:25

 

Fransanın hakimiyyət orqanları qətl hazırlığında şübhəli bilinən iki yeniyetmə barəsində araşdırmaya başlayıb. 

 

Modern.az Report-a istinadən xəbər verir ki, onların həm də Fransada terror aktlarının təşkilatçısı olmuş İŞİD qruplaşması ilə əlaqədə olduqları güman edilir. Hüquq-mühafizə orqanlarındakı mənbənin agentliyə verdiyi məlumatda bildirilir ki, 21 yaşlı oğlan və 17 yaşlı hamilə qadın Rəşid Kassimlə əlaqədə olublar. Kaşim Fransada bir neçə terror aktına cəhddə, yaxud bilavasitə aktın təşkil edilməsində iştirakda şübhəli bilinir. 

 

Son 1 ay ərzində Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları Kassimlə əlaqədə olmuş və qətllər planlaşdırmış altı yeniyetməni həbs ediblər. Agentliyin məlumatına görə, Rəşid Kassim hazırda Suriya yaxud İraq ərazisindədir.

 

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı