Amerika Rusiyaya qarşı xüsusi kiber hücumlara başlayıb.
Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ABŞ Mərkəzi Kəşfiyyat idarəsi (MKİ) bu hücumlara prezident Administrasiyasının tapşırığı ilə hazırlaşır.
Hücum rusiyalı hakerlərin ABŞ-da rezident seçkilərinin nəticələrinə təsir etmək üçün etdiyi hücuma cavab olacaq.
Kiberhücumlar Rusiya rəhbərliyinə qarşı ediləcək. Belə ki, Rusiya prezidenti Vladimir Putinin ətrafında olan şəxslərin şəxsi hesab və bank hesabları hədəfə alınacaq.
ABŞ vitse-prezidenti Co Bayden ABŞ-ın Rusiyanın kiber hücumlarını cavabsız qoymayacağını bəyan etmişdi.
Ağa AKİFOĞLU