Modern.az

Gəncə icra hakimiyyəti xalçaçılıqla bağlı tədbir keçirdi

Gəncə icra hakimiyyəti xalçaçılıqla bağlı tədbir keçirdi

Aktual

15 Oktyabr 2016, 11:45

Oktyabrın 14-də Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Gəncə Şəhəri Məhsəti Gəncəvi Mərkəzində "Xalçaçılıq sənətini yaşat və təbliğ et" adlı layihə çərçivəsində gənclərlə növbəti görüş keçirilib.


Tədbiridə Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Kənan Məmmədov çıxış edərək layihə iştirakçılarına uğurlar arzulayıb. Həçinin Gəncədə həyata keçirilən irimiqyaslı layihələrdən, qarşıda duran vəzifələrdən və nəzərdə tutulan layihələr haqqında  gənclərə ətraflı məlumatlar verib.

 

Layihə Prezident İlham Əliyev cənablarının 7 dekabr 2004-cü il tarixində imzaladığı "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi" haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd olunan "Azərbaycan xalça sənətinin təbliği " - bəndinə uyğun olaraq həyata keçirilir.

 

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.

 

Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə, layihənin əsas məqsədi - ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdir.

 

Bildirək ki, layihəyə ilk olaraq Gəncə şəhərindən start verilib.

 

Tədris planı 1 ay müddətinə nəzərdə tutulub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı